AZ

"Barselona"dan Hans Fliklə bağlı qərar verib

Bakı. Trend:

“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Hans Flikingələcəyi ilə bağlı qərarını verib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, İspaniya çempionu 60 yaşlımütəxəssislə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Hazırda Flikin klubla mövcud sözləşməsi 2027-ci ilin iyun ayınınsonunadək qüvvədədir. Lakin La Liqa nəhəngi baş məşqçiyə 2028-ciilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyəhazırlaşır.

“Barselona” Hans Flikin rəhbərliyi altında bütün turnirlərdə 84oyun keçirib. Komanda bu görüşlərdə 62 qələbə qazanıb, 9 dəfəheç-heçə edib və 13 məğlubiyyətlə üzləşib. Kataloniya təmsilçisiötən mövsüm İspaniya çempionatını, ölkə kubokunu və Superkubokuqazanıb.

“Barselona” bu mövsüm isə 17 turdan sonra İspaniya çempionatında1-ci pillədə qərarlaşıb və “Real”ı 4 xal qabaqlayır. Flikinkomandası növbəti oyununu dekabrın 21-də turnir cədvəlinin 3-cüpilləsində olan “Vilyarreal”a qarşı keçirəcək.

Seçilən
87
5
az.trend.az

6Mənbələr