AZ

“Razılığa gəlməyə hazır idik, onlar müharibəni seçdi” 

İran Prezidenti Məsud Pezeşkian ölkənin siyasi elitası ilə keçirdiyi görüşdə xarici siyasət, sanksiyalar və ABŞ ilə münasibətlər barədə sərt bəyanatlar səsləndirib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Məlumata görə, “Milli birliyə nail olmağın həll yolları və çətinliklərin aradan qaldırılması metodları” mövzusuna həsr olunmuş görüşdə dövlət başçısı anti-İran sanksiyalarına toxunub.

Pezeşkian bildirib ki, İran vaxtilə ABŞ ilə danışıqlar aparırdı və razılığa gəlməyə hazır idi, lakin Vaşinqton tərəfi müharibə yolu ilə sazişi pozub:

“İndi onlar danışıqları davam etdirmək üçün alçaldıcı şərtlər təklif edirlər ki, mən bunları qəbul etməyə hazır deyiləm. Biz alçaldılmağa dözməyəcəyik, zəif və parçalanmış İranı qəbul etməyəcəyik”.

O həmçinin qeyd edib ki, İran İslam Respublikası münaqişə tərəfdarı deyil və nüvə silahı yaratmaq niyyətində olmadığını dəfələrlə bəyan edib:

“Biz istənilən yoxlamaya hazırıq, lakin qarşı tərəf ölkəni sionist rejimin qarşısında zəiflətməyə çalışır. Biz sülh tərəfdarıyıq, lakin təhdidləri qəbul etmirik”.

Seçilən
21
4
manset.az

5Mənbələr