AZ

Ukrayna nümayəndələri danışıqlar aparmaq üçün Floridaya gedəcəklər

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün sabah Floridaya gedəcəklər.

Bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina bildirib.

"Rüstem Umerov və Andrey Qnatov ABŞ nümayəndə heyəti ilə işləmək üçün bu gün və ya sabah Floridaya gələcəklər. Səfirlik müntəzəm olaraq nümayəndə heyətlərinin işinə dəstək göstərir", - o, sosial şəbəkələrdə yazıb.

Stefanişinanın sözlərinə görə, hazırda görüşlərin ikitərəfli formatda keçirilməsi planlaşdırılır.

"Cebheinfo.az 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
5
cebheinfo.az

10Mənbələr