Ajans.az xəbər verir ki, komanda turnirin ön sıralarında olsa da, oyunçulara dörd aydır maaş ödənilmir. Çərşənbə günü səhər futbolçular etiraz edərək məşqi boykot ediblər. Bundan sonra Mario Pineidaya ölüm hədələri göndərilib. Ardınca isə Qvayakildə ət dükanının yaxınlığında ona hücum edilib. Futbolçunun həyat yoldaşı da hadisə zamanı öldürülüb, anası isə yaralanıb. Bu, Ekvador futbolunda ilk qətl hadisəsi deyil.