GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya ordusu “Xüsusi hərbi əməliyyat zonasında” strateji təşəbbüsü əlində saxlayır və əsas səylərini Donbas üzərində nəzarətin təmin edilməsinə, Zaporojye və Xerson vilayətlərinin tam ələ keçirilməsinə, həmçinin Ukraynanın sərhədyanı rayonlarında “təhlükəsizlik zolağının” yaradılmasına yönəldib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
Gerasimovun sözlərinə görə, birləşmiş qoşun qruplaşması bütün istiqamətlərdə hücum əməliyyatlarını uğurla davam etdirir. O qeyd edib ki, 2025-ci il ərzində Rusiya Silahlı Qüvvələri tərəfindən 300-dən çox yaşayış məntəqəsi nəzarətə götürülüb, ümumilikdə 6 300 kvadrat kilometrdən artıq ərazi Rusiya qüvvələrinin nəzarətinə keçib. Onun iddiasına əsasən, xüsusi hərbi əməliyyatın başlanğıcından bugünədək “azad edilmiş” ərazilərin ümumi sahəsi təxminən 94 min kvadrat kilometr təşkil edir.
Baş Qərargah rəisi eyni zamanda NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırdığını da vurğulayıb. O bildirib ki, alyans əməliyyat və döyüş hazırlığı tədbirlərinin miqyasını və intensivliyini saxlayır, qoşunların sürətli şəkildə köçürülməsi imkanlarını genişləndirir.
Gerasimovun sözlərinə görə, “Avropanın müdafiəçisi” (“Defender Europe”) təlimləri çərçivəsində NATO qüvvələri Rusiya sərhədlərinə yaxın ərazilərə yenidən dislokasiya edilib.
Bundan başqa, Gerasimov qeyd edib ki, NATO Baltik dənizində “Baltik keşikçisi” (“Baltic Sentry”) adlı missiya yerləşdirib. O, bu missiyanın məqsədinin Rusiyanın dəniz daşımalarını çətinləşdirmək olduğunu iddia edib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.