ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
İstanbulun Bayrampaşa rayonunda, yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, yola qəfil çıxan pişiyi vurmamaq üçün qəfil dayanan minik maşınına arxadan gələn avtomobil çırpılıb. Hadisə nəticəsində eyni istiqamətdə hərəkətdə olan digər nəqliyyat vasitələrinin də bir-biri ilə toqquşması baş verib. Zəncirvari qəza nəticəsində ümumilikdə 5 avtomobilə ziyan dəyib.
Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində müvəqqəti sıxlıq yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır. Xəsarət alanlarla bağlı məlumat verilməyib.
Eltac
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.