AZ

“Barselona” “İnter”in müdafiəçisi ilə danışıqlara başladı

“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoninin transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun idman direktoru Deku 26 yaşlı futbolçunun keçidini müzakirə etmək üçün Milana gedib.

Bastoni “Barselona”da Ronald Arauxonun potensial əvəzləyicisi kimi görülür. Qeyd edək ki, uruqvaylı müdafiəçi son vaxtlar yaşadığı emosional gərginliyə görə klubdan qısa müddətli icazə istəyib.

Cari mövsümdə Bastoni 19 matçda 1 qol və 4 qol ötürməsi ilə yadda qalıb. Onun “İnter”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

 

Seçilən
93
idmanxeber.az

1Mənbələr