ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
Stankoviç məşqçilik karyerasına geri döndü
Deyan Stankoviç yenidən məşqçilik fəaliyyətini bərpa edib.
QOL.az xəbər verir ki, bu barədə "Telegraf.rs" nəşri məlumat yayıb.
Bildirilir ki, 47 yaşlı çalışdırıcı Serbiyanın "Srvena Zvezda" klubu ilə razılığa gəlib. Mütəxəssis təklifi qəbul edib və yanvarın əvvəlində komandanı çalışdırmağa başlayacaq.
Qeyd olunur ki, Stankoviç daha əvvəl 2019-2022-ci illərdə "Çerven Zvezda"ya rəhbərlik edib. Sonrakı illərdə o, "Sampdoriya", "Ferensvaroş" və "Spartak" klublarında çalışıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.