"Qarabağ" Misli Premyer Liqasının 1-ci turunun təxirə salınmış oyununda səfərdə "Sabah"ın qonağıdır.
QOL.az xəbər verir ki, son çempion matçın birinci hissəsində ciddi itki ilə üzləşib. Belə ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel zədələnərək oyunu davam etdirə bilməyib. O, 25-ci dəqiqədə Marko Yankoviçlə əvəzlənib.