AZ

"Ağıllı işıqforlar" ilk olaraq harada quraşdırılıb?VİDEO

Paytaxtın bəzi yollarında hərəkətin süni intellekt vasitəsilə nizamlanmasına başlanılıb... Yaşıl və qrımızı işıqların yanma müddətinə işıqforlar üzərində quraşdırılan kamera və sensorlar qərar verəcək...

Xezerxeber.az xəbər verir ki, ilkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında, həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə işıqforlar sınaq müddətində işə salınıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan "ağıllı işıqforlar" quraşdırılıb.

Bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri ilə birlikdə pilot layihəyə start verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
122
xezerxeber.az

1Mənbələr