Bu gün Misli Premyer Liqasında 1-ci turun təxirə salınmış oyunu keçirilir.
QOL.az xəbər verir ki, "Sabah" öz meydanında "Qarabağ"la üz-üzə gəlir.
Bu görüşü liderlik uğrunda oyun da adlandırmaq olar. Hazırda "Qarabağ" 33 xalla lider, "Sabah" isə 31 xalla 2-cidir.
18 dekabr
Misli Premyer Liqası
1-ci turdan təxirə salınmış oyun
19:30. "Sabah" – "Qarabağ" - 2:1 (İkinci hissə)
Qol: Leandro Andrade, 9 (0:1), Coy Lens Mikels , 52 (1:1), Aron Maluda, 88 (2:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
"Bank Respublika Arena"

Bombardirlər:
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol
Coy-Lens Mikels (“Sabah”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 6 qol
Toral Bayramov (“Qarabağ”) - 5 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol