Eduard Mendi kluubundan aldığı yeni təklifi qəbul edib.
"Football-plus.az" xəbər verir ki, “Əl-Əhli”nin qapıçısı ilə müqavilə yenilənib. Səudiyyə Ərəbistanı klubu ilə 33 yaşlı seneqallı futbolçu arasındakı yeni anlaşmanın müddəti 2028-ci ilin yayına qədərdi.
Eduard “Əl-Əhli”yə 2023-cü ilin yayında “Çelsi”dən 18,5 milyon avroya keçib. O komanda ilə 92 oyuna çıxıb, 94 top buraxıb və 39 dəfə qapısını toxunulmaz saxlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta