AZ

Bakıda çarəsiz qalan Şri-Lanka vətəndaşları sığınacağa yerləşdirildilər

Bakıya səfər edən Şri-Lanka vətəndaşlarından ibarət ailə ölkələrinə qayıda bilmirlər.

Azreform.info xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı paylaşım edib.

Məlumata görə, ailə səfərini başa vurub ölkəsinə qayıtmaq istəsə də, Şri-Lankada hökm sürən güclü leysan yağışları və nəticədə yaranan təbii fəlakət səbəbindən təyyarə reysləri ləğv edilib.

Onların qida təminatında mütəmadi problemlər yarandığı üçün hazırda ailə başçısı gündəlik oteldə qalır, xanım isə sığınacağa yerləşdirilib. Həyat yoldaşı hər gün sığınacağa gələrək xanımını ziyarət edir.

Ailənin düşdüyü çətin vəziyyətlə bağlı onların bir dostu da yaxından maraqlanır. Eyni zamanda, ailənin öz ölkələrinə təhlükəsiz şəkildə qayıtması üçün Beynəlxalq Miqrasiya Təşkilatı onların geri dönüş biletlərinin təmin olunması istiqamətində çalışır.

Seçilən
47
5
azreform.info

6Mənbələr