AZ

İtaliya Superkubokunun yarımfinalında “Napoli” “Milan”ı məğlub edib - VİDEO

“Napoli” və “Milan” arasında keçirilən İtaliya Superkubokunun yarımfinal oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, “Napoli" oyunu 2:0 hesabı ilə qazanıb.

Oyun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl-Əvvəl Park”da baş tutub.

39-cu dəqiqədə David Neres hesabı açaraq “Napoli”yə üstünlük qazandırıb. 64-cü dəqiqədə Rasmus Hoylund komandasının ikinci qolunu vurub.

Bu turnirin digər oyununda A Seriyasının ikincisi “İnter” və İtaliya Kubokunun qalibi “Bolonya” qarşılaşacaq.

İdman.Biz

Seçilən
51
1
idman.biz

2Mənbələr