Bakı. Trend:
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropaİttifaqına üzv 27 ölkənin liderlərinə Mercosur ölkələri ilə azadticarət sazişinin imzalanmasının yanvar ayına qədər təxirəsalındığını bildirib.
Trend xəbər verirki, bu barədə diplomatik mənbələrə istinadən məlumat yayılıb. QərarBrüsseldə keçirilən Avropa sammiti fonunda qəbul olunub. Həmin günBrüsseldə bir neçə Avropa ölkəsindən olan fermerlər sazişə etirazolaraq gün ərzində Avropa Komissiyasının binaları qarşısında aksiyakeçiriblər. Fermerlər hesab edirlər ki, müqavilənin şərtləri onlarıCənubi Amerika ölkələrindən idxal olunan məhsullarla rəqabətqarşısında kifayət qədər qorumur.
Razılaşmanın təxirə salınmasına Braziliya Prezidenti Lula daSilva da dolayı yolla dəstək verib. O, İtaliyanın Baş naziri CorciaMeloni ilə telefon danışığından sonra bir qədər səbirli olmağınvacibliyini qeyd edib. Meloni isə İtaliyanın yekunda sazişidəstəkləyəcəyinə dair vəd verib.
Bu gecikmə sazişin yaxın günlərdə imzalanmasını istəyən AvropaKomissiyası, Almaniya və İspaniya üçün uğursuzluq kimiqiymətləndirilir. Ursula fon der Lyayen razılaşmanı BraziliyanınFos-du-İquasu şəhərində keçiriləcək Mercosur sammiti zamanıimzalamağı planlaşdırsa da, Fransa və İtaliyanın etirazı səbəbindənBrüsseldə zəruri çoxluğu təmin edə bilməyib.