Ulduzlararası 3I/ATLAS kometası Yerə ən yaxın məsafəyə 19 dekabr tarixində, Şərqi Avropa vaxtı ilə saat 01:00-da (Bakı vaxtı ilə 07:00-da) yaxınlaşacaq.
Publika.az xəbər verir ki, bu barədə Space.com portalı məlumat yayıb.
Bildirilib ki, kometa Yerə kifayət qədər uzaq məsafədə qalsa da, onun yaxın keçidi alimlər üçün böyük elmi əhəmiyyət daşıyır. Astronomlar 3I/ATLAS kometasını Yerə ən yaxın nöqtədə müşahidə edərək, Günəşin təsiri ilə isinən buzlu nüvəsindən ayrılan toz və qazları öyrənə biləcəklər. Bu isə kometaların və digər ulduzların ətrafında planetar materialın formalaşma prosesi haqqında unikal məlumatlar əldə etməyə imkan verəcək.