AZ

Bakıdan Ermənistana benzin tədarükünü alqışladı - Paşinyan

“Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası gəlir”.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bildiyim qədərilə, Azərbaycanda istehsal olunan neft məhsullarının ilk partiyası artıq Ermənistana doğru gəlir. Bu hadisəni alqışlayıram”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin bunun üçün siyasi şərtlər Azərbaycanla Ermənistan arasında nail olunan sülh sayəsində yaradılıb.

SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir.

22 vaqona yüklənmiş 1220 ton “Aİ-95” markalı avtomobil yanacağı Azərbaycan Dəmir Yollarının (ADY) yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Seçilən
91
sportinfo.az

1Mənbələr