AZ

Tramp ABŞ-ın hərbi büdcəsini İMZALADI

ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün ölkənin 900 milyard dollardan çox məbləğdə müdafiə büdcəsini imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ liderinin Ağ Evin saytında dərc olunmuş bəyanatında bildirilir.

Qeyd edilib ki, bu məbləğin 400 milyon dolları Ukraynaya silah tədarükünə yönəldiləcək.

Trampın sözlərinə görə, bu sənəd Müdafiə Nazirliyinə onun “Güc vasitəsilə sülh” proqramını həyata keçirməyə, ölkəni daxili və xarici təhdidlərdən qorumağa, müdafiə-sənaye bazasını möhkəmləndirməyə və eyni zamanda israfçı və radikal proqramların maliyyələşdirilməsini dayandırmağa imkan verəcək.

ABŞ prezidentinin qeyd etdiyinə görə, sənəd administrasiya tərəfindən artıq atılmış bir sıra addımları, o cümlədən “Qızıl Günbəz” raketdən müdafiə sisteminin inkişafını da tənzimləyir.

Seçilən
92
publika.az

1Mənbələr