Suyun içində yol: Piyadalar təhlükə ilə üz-üzə qalıblar
Ajans.az xəbər verir ki, paytaxtın Qaradağ rayonunda, ticarət mərkəzinin qarşısındakı yol suyun içindədir. Sakinlər deyirlər ki, axırıncı dəfə yağan yağışdan sonra göllənən su çəkilməyib. Yolun bu vəziyyətdə olması həm də tıxac yaranmasına səbəb olur. Avtobus sürücüləri bildirirlər ki, uşaqlı qadınları, yaşlı sərnişinləri yolun ortasında düşürməyə məcbur olurlar.(Xəzər TV) Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: