ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belçikanın Baş naziri Bart de Vefer Ukraynanın maliyyələşdirilməsi üçün Rusiyaya məxsus aktivlərdən istifadə olunmasından imtinanı şərh edib.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
De Vefer Rusiyanın aktivlərinin müsadirə edilməməsi qərarını beynəlxalq hüququn qələbəsi kimi qiymətləndirib.
“Biz bütün dünyada hüquqi müəyyənliyi sarsıda biləcək presedent yaradılmasının qarşısını aldıq. Çətin olsa belə, təzyiq altında qalsaq belə, Avropanın qanuna hörmət etdiyini təsdiqləyən prinsipi qoruyub saxladıq”, - deyə Belçika rəsmisi vurğulayıb.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.