AZ

Burak Yılmaz istefasını geri götürdü Baş məşqçi yenidən komandanın başına keçdi

Mia.az saytına istinadən ain.az xəbər verir.

Ötən həftə azarkeşlərin təhqirinə görə istefa verən "Qaziantep FK"nın baş məşqçisi Burak Yılmaz keçmiş komandasına qayıdıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 40 yaşlı Burak sözünü geri götürüb.

Məlumata görə, onun istefasını qəbul edən və hətta rəsmi açıqlama yayan klub rəhbərliyi sonradan 40 yaşlı məşqçi ilə yenidən təmasa keçib və tərəflər ortaq məxrəəcə gəlib: "Burak Yılmaz "Qaziantep"in prezidenti Memik Yılmazla görüşüb. Və razılaşma əld olunub. Yəqin ki, bu gün rəsmi açıqlama veriləcək"

Xatırladaq ki, 23 xalla 7-ci yerdə olan "Qaziantep" 16 matçda 6 qələbə, 5 heç-heçə və 5 məğlubiyyət əldə edib.

Fərid ASLAN

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
mia.az

1Mənbələr