AZ

Nvidia İsrailə milyardlarla dollar həcmində sərmayə yatıracaq

Banco.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

Texnologiya nəhəngi "Nvidia" İsrailin şimal bölgəsində çoxmilyard dollarlıq yeni müəssisə inşa etməyi planlaşdırır. Şirkətin layihəsi çərçivəsində təxminən 10 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Banco.az xəbər verir ki, yeni müəssisə süni intellekt, çip dizaynı və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərəcək və Nvidia-nın qlobal istehsal və tədqiqat potensialının genişləndirilməsinə xidmət edəcək. Layihə İsrailin yüksək texnologiyalar sektoruna böyük töhfə verməklə yanaşı, regionun iqtisadi inkişafını da sürətləndirəcək.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Nvidia-nın bu addımı, ölkənin texnoloji ekosistemində mövqeyini daha da gücləndirəcəyi və İsrailin qlobal yarımkeçirici bazarındakı rolunu artıracağı kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
banco.az

2Mənbələr