AZ

Konfrans Liqasının bütün pley-offçuları müəyyənləşdi

UEFAKonfrans Liqasında ümumi mərhələnin 6-cı turunun oyunları başa çatıb.

Publika.az xəbər verir ki, bununla növbəti mərhələyə yüksələn 24 komandanın adı məlum olub.

Türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor Donetsk” Xorvatiyanın “Riyeka” klubu ilə heç-heçə edib və turnir cədvəlini 5-ci pillədə tamamlayıb.

“Şaxtyor”la yanaşı, birbaşa 1/8 finala vəsiqə qazanan komandalar Fransa təmsilçisi “Strasburq”, Polşadan “Rakuv”, Yunanıstanın AEK klubu, Çexiyanın “Sparta”sı, İspaniyanın “Rayo Valyekano”su, Almaniyanın “Maynts”ı və Kiprin AEK (Larnaka) komandası olub.

9–24-cü yerləri tutan komandalar pley-off raunduna yüksəlib. Bunlar İsveçrənin “Lozanna”, İngiltərənin “Kristal Pelas”, Polşanın “Lex”, Türkiyənin “Samsunspor”, Sloveniyanın “Selye”, Niderlandın AZ (Alkmaar), İtaliyanın “Fiorentina”, Xorvatiyanın “Riyeka”, Polşanın “Yaqelloniya”, Kiprin “Omoniya”, Ermənistanın “Noa”, Kosovonun “Drita”, Finlandiyanın KuPS, Şimali Makedoniyanın “Şkendiya”, Bosniya və Herseqovinanın “Zrinski” və Çexiyanın “Siqma” klublarıdır.

Seçilən
57
publika.az

1Mənbələr