Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Bu barədə Hakimiyyet.az -a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, "Qurtuluş 93", "Yeni Bakı, "Nahid", "Abşeron Gənclər Şəhərciyi" Mənzil Tikinti Kooperativlərində (MTK) elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.