AZ

"Bavariya" Qnabri ilə 16 milyonluq yeni müqavilə bağlayacaq

BAKI, 19 dekabr. TELEQRAF

Almaniyanın “Bavariya” klubunun futbolçusu Serj Qnabri klubla müqaviləsini uzada bilər.

Teleqraf xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə rəhbərlik arasında razılıq əldə olunub.

Yeni müqavilə 2 illik olacaq. Qnabri bütün şərtləri yerinə yetirəcəyi təqdirdə, ildə 15–16 milyon avro qazanacaq.

Qeyd edək ki, Qnabri 2017-ci ildən "Bavariya"nın formasını geyinir.

Seçilən
80
teleqraf.com

1Mənbələr