AZ

Makron Avropanı Putinə dialoqu bərpa etməyə çağırıb

Fransa prezidenti hesab edir ki, Avropa yaxın həftələrdə Putinlə münasibət qurmalıdır...

Poliqon France Presse Agentliyinə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Avropaya Rusiyanın Prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyin faydalı olacağını bildirib. Onun fikrincə, Avropa ölkələri yaxın həftələrdə bu məqsədə nail olmağın yolunu tapmalıdır.

“Mən hesab edirəm ki, həm avropalılar, həm də ukraynalılar üçün bu müzakirəni bərpa etmək üçün uyğun əsas tapmaq bizim marağımızdadır”, deyə Makron qeyd edib. 

Qeyd edək ki, 1 iyulda Makron və Putin arasında təxminən üç il sonra ilk telefon danışığı baş tutub və iki saat davam edib. Fransa Prezidenti Putinə Ukraynada atəşkəsin elan olunmasını və münaqişənin sona çatdırılması üzrə danışıqların başlanmasını tövsiyə edib. Kremlin açıqlamasında isə Makronun bölgədə yeni ərazi reallıqlarını nəzərə alaraq sülh şərtlərini müzakirə etməyə hazır olduğunu ifadə etmədiyi bildirilib.

Xatırladaq ki, bir gün əvvəl Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya 90 milyard avro həcmində faizsiz kredit vermək barədə razılığa gəliblər. Avropa Komissiyası 210 milyard avro dəyərində bloklanmış Rusiya aktivləri girov qoyulmaqla kreditin ayrılmasını təklif etmişdi. Belçika, Macarıstan, Slovakiya, İtaliya, Bolqarıstan, Malta və Çexiya bu qərara qarşı çıxıblar.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr