AZ

"Fitch" Gürcüstanın telekommunikasiya şirkətinin kredit reytinqini yüksəldib

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Gürcüstanın aparıcıtelekommunikasiya şirkətlərindən biri olan Silknet JSC-ninemitentin uzunmüddətli defolt reytinqini (IDR) B+ səviyyəsindən BB-səviyyəsinədək yüksəldib və reytinq üzrə proqnozu “stabil” olaraqmüəyyən edib.

Trend bu barədə“Fitch Ratings”ə istinadən xəbər verir.

"Fitch" 300 milyon ABŞ dolları məbləğində başlıca təminatsızistiqrazların tam şəkildə ödənilməsindən sonra “Silknet”in borcöhdəliklərinə reytinq vermir.

“Reytinqlər “Silknet”in ana şirkəti olan “Silk Road GroupHolding LLC” (BB-/stabil proqnoz) ilə güclü əlaqələrini əksetdirir. Belə ki, “Silknet Silkroad”un 400 milyon ABŞ dollarıməbləğində avroistiqrazlarına zəmanət verir. Bundan əlavə, şirkətinGürcüstanda ikinci ən böyük telekommunikasiya operatoru kimibazarda möhkəm mövqeləri və müsbət sərbəst pul axını (FCF)yaratması nəzərə alınır. Maliyyələşmənin əsas hissəsi ana şirkəttərəfindən təmin edildiyindən, xarici borcun həcmi əhəmiyyətlideyil.

“Fitch Silknet” ilə onun ana şirkəti arasındakı əlaqələri güclühesab edir ki, bu da “ana şirkət – törəmə şirkət” meyarlarınıntətbiqinə ehtiyac olmadan reytinqlərin eyniləşdirilməsinə imkanverir. “Silknet Silk Road”un 400 milyon ABŞ dolları məbləğindəavroistiqrazlarına zəmanət verir, ana şirkət isə “Silknet”in deməkolar ki, bütün maliyyələşməsini təmin edir. “Fitch” bunu faktikiolaraq zəmanətin verilməsinə bərabər qiymətləndirir. “Silkroad”“Silknet”in səhmlərinin 95 faizinə sahibdir və payını artırmaqniyyətindədir”, – məlumatda qeyd olunur.

“Silknet”in yüksək dərəcədə cəmlənmiş, lakin nisbətən sabit vəkiçik bazarda – 5,8 milyon mobil və 1,2 milyon pərakəndə internetabunəçisi olan mühitdə – rəqabət mövqelərini qoruyub saxlayacağıgözlənilir.

Agentliyin məlumatına görə, Gürcüstan bazarına əsasən iki irioperator – “Magticom” və “Silknet” – xidmət göstərir; üçüncü ənböyük oyunçu olan “Cellfie” xeyli geri qalır, digər daha kiçikşirkətlər isə bazarın cüzi hissəsinə malikdir.

Məqalədə:
Seçilən
78
az.trend.az

1Mənbələr