AZ

Türkiyəni silkələyən iddia - Hakan Fidan…

Türkiyənin xarici işlər naziri Hakan Fidanın tez bir zamanda vəzifədən uzaqlaşdırılacağı iddia olunur.

“Yeni Sabah” xəbər verir ki, bunu müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş deputat, jurnalist Mustafa Balbay bildirib.

Onun iddiasına görə, yaxın zamanlarda Türkiyə hökumətinin tərkibində dəyişilkik olunacaq. Jurnalistin sözlərinə görə, artıq ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar qəbul edib.

“Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın xarici işlər naziri təyin olunacaq”, - M.Balbay söyləyib.

Qeyd edək ki, H.Fidan xarici işlər naziri vəzifəsinə MİT rəhbərliyindən gətirilib. O, 2023-cü il iyun ayında Türkiyənin xarici siyasət idarəsinin rəhbərliyinə gətirilib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
72
2
yenisabah.az

3Mənbələr