ain.az bildirir, Qaynarinfo portalına istinadən.
Azərbaycanda
sahibkarlığın davamlı inkişafına uzun illərdir töhfə verən AccessBank,
Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirdiyi
Access2Success layihəsinin dördüncü dəfə uğurla başa çatdığını qürurla elan
edir. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşdırılan
bu təşəbbüs, ölkədə qadın sahibkarlığının gücləndirilməsinə və onların biznes
potensialının üzə çıxarılmasına yönəlib.
Layihəyə bu il də
böyük maraq göstərilib – iştirak üçün 300-dən çox müraciət daxil olub. Seçim mərhələsini
uğurla keçən 50 qadın sahibkar biznesin idarə edilməsi, satış və marketinq,
liderlik və emosional idarəetmə, uğurlu biznesin hüquqi aspektləri, eləcə də
maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını inkişaf etdirərək proqramı müvəffəqiyyətlə
tamamlayıblar. Təlimlər AccessBank-ın peşəkar mütəxəssisləri və öz sahəsində
geniş təcrübəyə malik ekspertlər tərəfindən keçirilib.
"Dayanıqlı sahibkarlıq modellərinin
formalaşdırılmasına dəstək AccessBank üçün əsas prioritetlərdəndir.
‘Access2Success’ proqramı vasitəsilə qadın sahibkarların bilik və bacarıqlarını
gücləndirir, onların bizneslərini daha inamlı və dayanıqlı şəkildə inkişaf
etdirmələrinə şərait yaradırıq. Bu dəyərli əməkdaşlığa görə Avropa Yenidənqurma
və İnkişaf Bankına təşəkkürümüzü bildiririk. AccessBank olaraq bu təşəbbüsü gələcək
illərdə də ardıcıl və genişmiqyaslı şəkildə davam etdirmək əzmindəyik”,- bunu
AcessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri layihənin əhəmiyyətini
vurğulayaraq bildirib.
"Avropa Yenidənqurma
və İnkişaf Bankının Azərbaycandakı fəaliyyətində əsas prioritetlərdən biri
qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dəstək
verməkdir. Strateji tərəfdaşlarımızdan olan AccessBank ilə birgə həyata
keçirdiyimiz «Access2Success» təşəbbüsü qadın sahibkarlığının dayanıqlı
inkişafına real töhfə verən nümunəvi layihələrdəndir. EBRD gələcəkdə də bu kimi
sosial və iqtisadi təsir gücünə malik təşəbbüslərə
dəstəyini davam etdirəcək”, - Azərbaycan üzrə Biznes Məsləhətləri Proqramının baş
meneceri Samir Həmidov qeyd edib.
Qeyd edək ki,
"Access2Success” layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib və hər il təxminən
50 qadın sahibkarı əhatə edir. İndiyədək proqramda 200-dən çox qadın sahibkar
iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə, yaradıcılıq, mədəniyyət və
digər sahələrdə fəaliyyət göstərən iştirakçılar altı həftəlik intensiv təlimlər
çərçivəsində həm nəzəri, həm də praktik biliklər əldə edərək öz bizneslərinin
inkişafı üçün möhkəm təməl formalaşdırıblar.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün
əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət
göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3
ünvanında yerləşir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.