AZ

Tərəfdaşları Trampa müraciət ediblər

AzVision.az xəbər verir ki, “Yevropeyskaya pravda” nəşrinin məlumatına görə, məktubu respublikaçı senatorlar Cim Riş, Rocer Uiker, Con Kennedi və Rik Skott imzalayıblar.

“Biz sizi Rusiyanın ABŞ-də dondurulmuş və ya hərəkəti dayandırılmış suveren aktivlərinin tam məbləğini Ukraynaya köçürməyə çağırırıq”,- müraciətdə deyilir.

Senatorların fikrincə, belə bir addım Rusiyanın Avropa İttifaqında (Aİ) dondurulmuş 162 milyard dollarlıq suveren aktivlərindən” istifadə olunması barədə qərarına yolaçacaq.

- Müsadirə edildikdən sonra Avropadan gələn bu vəsaitlər Ukraynaya çatdırılmaq üçün Amerika istehsalçılarından silahların alınmasına sərf olunacaq. Bu, Amerika üçün sərfəli sövdələmədir:yerli müdafiə sənayemizin inkişafını sürətləndirməyə kömək edəcək və Ukraynanın yaxın gələcəkdə özünü müdafiə qabiliyyətini təmin edəcək sifarişlər gətirəcək” , - senatorlar vurğulayır.

Onlar Trampı hazırda Birləşmiş Ştatlarda dondurulmuş Rusiyanın təxminən 5 milyard dollarlıq suveren aktivlərini müsadirə etmək üçün təcili tədbirlər görmək barədə Dövlət katibi Marko Rubio və Maliyyə naziri Skott Bessentə tapşırıq verməyə çağırıblar.

“Sülh əldə edilsə belə, Ukrayna silahlı qüvvələrini modernləşdirməli olacaq və bu aktivlərdən istifadə Ukraynanın yaxın illərdə özünü etibarlı şəkildə müdafiəsini təmin edəcək, eyni zamanda, ABŞ-nin müdafiə sənayesinə 81 milyard dollardan çox yeni Avropa sərmayəsinə çıxış açacaq”,- məktubda bildirilir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
55
2
azvision.az

3Mənbələr