
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub, olaraq qalır, eləcə də respublikanın tam iştirakı üçün qapılar açıqdır”.
Missiya.Az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “TASS”a müsahibəsində deyib.
“Ermənistan bizim müttəfiqimiz olub və belə də qalır. Ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam hüquqlu iştiraka qayıdacaq. Bunun üçün bütün şərtlər mövcuddur”, - deyə siyasətçi vurğulayıb.
Tasmaqambetov qeyd edib ki, Ermənistan Respublikası təşkilatdakı işini dayandırıb ki, bu da Ermənistan siyasi rəhbərliyinin KTMT-yə qarşı hazırkı mövqeyini əks etdirir:
“Bu, müstəqil, suveren bir dövlətin qərarıdır və heç bir başqa dövlət və ya təşkilat tərəfindən təsirləndirilə bilməz”, - deyə siyasətçi bildirib.
Daşqın HəsənovMissiya.Az