AZ

Sadiq Qurbanov: ”Qəbul ediləcək Aministiya aktı dövlətimizin humanizimin təzahürüdür!”

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü ilə əlaqədar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a bildirib ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya haqqında qanun bu ilin sonluğunun məntiqi nəticəsidir.

Onun sözlərinə görə, əlbəttdə Konstitusiya və Suverenlik birinci növbədə vətəndaşların hüquqlarının təmin olunmasına yönəldiyi kimi Aministiya aktı da dövlətin humanizim siyasətinin təzahürdür:

"Humanizim ən-ənəsi müasir Azərbaycanın qurucu lideri Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış, Prezident İlham Əliyev tərəfindən isə daha da inkişaf etdirilmişdir. Azərbaycan dövləti cəza siyasətinin məhz iki istiqamətdə qurur.

1) İctimai-təhlükəli əməli törətmiş şəxsin islah edilməsi.

2) İslah edilmiş şəxsin cəmiyyətə yenidən inteqrasiyası. Bu istiqamətdə isə ən mühüm adımlardan biridə əfv və aministiya aktlarının davamlı olaraq həyata keçirilməsidir.

1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı isə 17 mindən çox insanı əhatə edib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, həmin dövrdə 7 amnistiya aktı qəbul edilmişdir. Prezident İlham Əliyev isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalamış, bu dövrdə 5 amnistiya aktı qəbul olunmuşdur".

Sadiq Qurbanov həmçinin bildirib ki, ümumilikdə 71 əfv sərəncamı və fərmanı ilə 10 mindən artıq məhkum əfv edilmişdir. Eyni zamanda, humanizm və mərhəmət prinsiplərini daim diqqətdə saxlayan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Onun Milli Məclisin deputatı olduğu dövrdə təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilmiş, bu təşəbbüslər cəmiyyətdə mərhəmət və xeyirxahlıq kimi ali dəyərlərin təcəssümünə çevrilmişdir:

"Hazırki Aministiya aktının əhatə dairəsi Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil edilməsi təqdirəlayiq haldır.

Layihədə demək olar ki heç bir sosial qrup kənarda qalmayıb. Xocalı soyqırımında zərəçəmişlərin yaxın qohumları, Qərbi Azərbacandan olan soydaşlarımızın məruz qaldığı etnik təmizləmənin iki mərhələsində 1948-1953-cü və 1987-1991-ci illərdə zərər çəkmiş şəxslər, məcburi köçkünləri də və 20 Yanvar hadisələri zamanı zərəçəkmiş şəxslər, II Dünya müharibəsi iştirakçılarının yaxın qohumları, Çernabol əlilləri, Sovet dövründə sülhməramlı qüvvələr tərkibində iştirak etmiş şəxslər, hətta keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumlarını, yaşlılar, əlillər də bura əlavə etsək demək olar ki heç bir sosial qrup bu amnistiyadan kənarda qalmayacaq. Tətbiq dairəsinə görə demək olar ki, müstəqllik dövrümüzün ən əhatəli Aministiya aktı olacaq".

Seçilən
47
qht.az

1Mənbələr