AZ

“Finalissima” bu tarixdə keçiriləcək

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

İspaniya və Argentina arasında keçiriləcək “Finalissima” oyunu 27 mart 2026-cı ildə keçiriləcək.

Yeniavaz.com xəbər verir ki,  oyun Qətərin Doha şəhərindəki “Lusail” stadionunda baş tutacaq.

Qeyd edək ki, “Finalissima” hazırkı Avropa və Amerika çempionları arasında keçirilən matçdır. Argentina 2024-cü ildə Amerika Kubokunu qazanıb. İspaniya isə 2024-cü ildə Avropa Çempionatının qalibi olub.

Xatırladaq ki, 2022-ci ilin sonuncu Finalissima oyununda Argentina millisi İtaliya millisini 3-0 hesabı ilə məğlub edib. Oyun İngiltərənin London şəhərindəki “Uembli” stadionunda baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
yeniavaz.com

1Mənbələr