AZ

Avropada noyabr ayında təbii qaz 25% ucuzlaşıb

Bu ilin noyabr ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nəğd bazar qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 10,35 ABŞ dolları səviyyəsində olub.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Belə ki, ötən ay Avropada qazın qiyməti aylıq müqayisədə 5%, illik müqayisədə isə 25% azalıb.

Hesabatda bildirilir ki, noyabr ayında Avropada qazın ortalama günlük qiymətı 9,77 dollar səviyyəsinə qədər enib ki, bu da 2024-cü ilin may ayından bəri ən aşağı göstəricidir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
107
2
apa.az

3Mənbələr