AZ

Yaponiyada Qara Qarayevin musiqilərindən ibarət kompakt disk hazırlanıb (FOTO)

Bakı.Trend:

Yaponiyada yaşayan azərbaycanlı musiqiçi, “Ongakuno-le” musiqiməktəbinin rəhbəri Gülnarə Səfərovanın təşəbbüsü və Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarıQara Qarayevin əsərlərindən ibarət kompakt disk (CD) hazırlanıb.Bu, Yaponiyada, eləcə də Asiyada Qara Qarayevin işıq üzü görən ilkCD-dir.

Trend xəbərverir ki, bu barədə Diaporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

CD-dəki musiqilər fortepianoda, simli və nəfəsli alətlərdəistedadlı musiqiçilər tərəfindən ifa olunub. Diskin hazırlanmasındayüksək peşəkarlığa malik səsyazma rejissoru, prodüser, dizayner vədigər mütəxəssislər iştirak ediblər.

Səsyazma Yaponiyanın Miyaqi prefekturasının paytaxtı Sendaişəhərində yerləşən dünyaca məşhur “KAWAI” musiqi şirkətininstudiyasında həyata keçirilib. Audio materialın kompakt diskformatına salınması və CD-nin hazırlanması isə Tokioda baştutub.

Hazırlanan CD-lərin “KAWAI” və “YAMAHA” musiqi mərkəzlərinə,həmçinin yanvar ayında keçiriləcək Zama Beynəlxalq Festivalındamusiqisevərlərə paylanılması nəzərdə tutulur.

Qeyd edək ki, Gülnarə Səfərovanın gələn ilin iyulunda Tokiodabaş tutacaq konsertində CD-nin təqdimatı olacaq.

Bu layihə Azərbaycan–Yaponiya mədəni əlaqələrinin inkişafına,Azərbaycan klassik musiqisinin beynəlxalq səviyyədə təbliğinə vəQara Qarayev yaradıcılığının daha geniş auditoriyaya çatdırılmasınamühüm töhfə verir.

Yaponiyada
Yaponiyada
Seçilən
98
az.trend.az

1Mənbələr