Bakı. Trend:
ABŞ-də Demokratik və Respublikaçılar partiyalarından olankonqresmenlərdən ibarət qrup Konqresin nümayəndələr palatasınaRusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsitəqdim edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə təşəbbüskarlardan olanrespublikaçı konqresmen Brayan Fitspatrikin saytında dərc olunmuşbəyanatda deyilir.
Sənədin mətninə əsasən, qanun layihəsi Rusiya hakimiyyətiUkrayna ilə sülh sazişi üzrə danışıqlardan imtina edərsə, belə birsazişi pozarsa və ya Rusiya Ukraynada yenidən hərbi əməliyyatlarabaşlayarsa, habelə “digər məqsədlərlə” Rusiyaya qarşı sanksiyalarınvə əlavə tədbirlərin tətbiqini təklif edir.
Fitspatrikin bəyanatında qeyd olunduğu kimi, bu təşəbbüs“pərakəndə sanksiyalardan fərqli olaraq” ABŞ-nin Rusiyaya qarşıtətbiq etdiyi məhdudiyyətlər üçün hərtərəfli və sistemli çərçivəyaradır.
Konqresmenlər qanun layihəsinin yanvar ayında NümayəndələrPalatasında müzakirəyə çıxarılacağına ümid edir.