Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.
“Qafqazinfo” xəbər verir ki, gündəliyə Milli Məclisin Bəyanatının təsdiq edilməsi haqqında məsələ daxil edilib.
Bəyanat Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi əsassız qətnamə ilə bağlıdır.
***
Spiker Sahibə Qafarova bu haqda danışıb: “Avropa Parlamentində Azərbaycana qarşı daha bir ədalətsiz qətnamə qəbul edilib. Təəsüflə qeyd olunmalıdır ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanda real vəziyyəti əks etdirməyən və beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib.
Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir. Sənəddə yer alan “siyasi məhbuslar, siyasi təqiblər, akademik və mədəni hüquqların pozulması” kimi ifadələr və digər ittihamları biz qətiyyətlə rədd edirik. Azərbaycan qanunun aliliyi, dövlət müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə əməl edir”.
Nuranə Daxilqızı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.