AZ

Pensiyaçılara şad xəbər Nazirlik açıqlama yaydı KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (567 mln. manat) çox olmaqla 6 mlrd. 515 mln. manat vəsait yönəldilib.

KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Pensiyaların orta aylıq məbləği 9 faiz artımla 540 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 576 manata çatıb.

Yanvar-noyabr aylarında 38 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 176 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
6
konkret.az

7Mənbələr