Bakı. Trend:
Biz növbəti dəfə Avropa Parlamentinin Azərbaycanın daxiliişlərinə qarşı yönəlmiş, heç bir hüquqi əsası olmayan qərəzli vəsiyasiləşmiş addımının şahidi olduq. Dünən həmin qurumdaAzərbaycanla bağlı dinləmələr təşkil olundu, əgər o kağız parçasınaqətnamə demək olarsa, qətnamə qəbul edildi.
Trend xəbərverir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü Kamran Bayramov parlamentin bugünkü plenariclasında deyib.
Millət vəkilinin sözlərinə görə, Avropa Parlamenti illərdir ki,Azərbaycanı hədəf seçərək, “demokratiya”, “insan hüquqları” və“qanun aliliyi” pərdəsi altında ölkəmizə təzyiq etməyə çalışır:
“Lakin, biz yaxşı bilirik ki, bu qətnamənin arxasında duran əslsəbəb anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə,regionda artan nüfuzuna və təşviq etdiyi sülh gündəliyinə qarşıapardığı çirkin kampaniyadır.
Bu Qətnamədə yer almış iddialar tamamilə uydurma və yalanməlumatlara əsaslanır. Azərbaycanda qanun aliliyi tam təmin olunubvə heç kim öz peşə fəaliyyətinə və ya siyasi baxışına görə təqibedilmir. Cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını“repressiya” kimi qələmə vermək, beynəlxalq hüquqa və müstəqilməhkəmə sistemimizə hörmətsizlikdən başqa bir şey deyil.
Burada söhbət təkcə Avropa Parlamentinin fəaliyyətindən getmir,özünü dünyaya “demokratiyanın mayakı” və “insan haqlarının qalası”kimi təqdim edən bu qurumun daxili çürüməsindən, mənəvi iflasındangedir. İllərdir ki, bizə “Avropa dəyərləri”ndən mühazirə oxuyanlar,başqa dövlətlərə şəffaflıq dərsi keçənlər, əslində pərdə arxasındanə ilə məşğuldurlar? Cavab sadə və aydındır: Siyasi alver vərüşvətxorluqla”.
Deputat vurğulayıb ki, son dövrlərdə Avropa Parlamentində başvermiş korrupsiya qalmaqalları göstərdi ki, bu ikili standartlarmaşınının vitse-prezidentləri belə, çantalar dolusu nağd pulla ələalınır. Bu, sadəcə bir neçə nəfərin xətası deyil. Bu, sisteminözünün rüşvətə nə qədər açıq olduğunun sübutudur.
“Artıq siyasi birja adını qazanmış Avropa Parlamenti korrupsiyabataqlığında boğulduğu halda, hələ də digər ölkələrə barmaqsilkələməyə cürət edir. Öz daxilindəki lobbiçilik fəaliyyətiniidarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən birqurumun başqalarını ittiham etməsi ən böyük riyakarlıqdır.
Onlar üçün korrupsiya, yalnız öz maraqlarına xidmət etməyəndə“problem” olur. Amma öz ciblərinə axan milyonlara gəldikdə, buna“diplomatiya” və ya “əməkdaşlıq” adı qoyurlar. Bu isə o deməkdirki, Avropa Parlamentinin mənəvi nüfuzu sıfırdan da aşağıdır.
Ona görə də, Avropanın siyasi alver, süni fəaliyyət və saxtaqətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə, nəyisə diqtəetməyə haqqı belə yoxdur”, - deyə o fikrini tamamlayıb.