AZ

İbrahimoviçin oğlu “Milan”la müqavilə bağladı

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç peşəkar futbola addım atıb.

İdmanxeber.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Milan”la ilk peşəkar müqaviləsini imzalayıb. Klubun mətbuat xidməti Vinsentin “Milan Futuro” layihəsinin bir hissəsi olacağını açıqlayıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2023-cü ildə karyerasını başa vurub və hazırda klubda rəhbər vəzifə tutur.

Seçilən
101
idmanxeber.az

1Mənbələr