AZ

“ABŞ və Qərb Putinə qarşı düşmənçilik ediblər” - Məşhur jurnalist

“ABŞ və Qərb ölkələri Rusiya Prezidenti Vladimir Putinə qarşı birtərəfli şəkildə düşmənçilik ediblər”.

Missiya.Az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.

Jurnalist Putini Rusiya tarixində ən qərbyönlü lider olan bacarıqlı siyasətçi adlandırıb:

"2001-ci ildə Kreml rəhbəri özü Rusiyanın NATO-ya qoşulmasını istədi, amma biz imtina etdik. Niyə? Niyə onunla döyüşmək istəyirik?", - deyə o vurğulayıb.

Karlson qeyd edib ki, Putin Prezident kimi geniş fəaliyyəti sayəsində hörmətli dövlət başçısı hesab olunur.

"Putin tərifə layiqdir. Və o, çox yaxşı iş görüb", - deyə jurnalist bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
81
missiya.az

1Mənbələr