AZ

2 milyonluq lotereyanı ikinci dəfə qazandılar - Hamı bu cütlükdən danışır

İngiltərəli Richard Davies (49) və həyat yoldaşı Faye Stevenson-Davies (43) ikinci dəfə "EuroMillions" lotereyasının qalibi olublar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən cütlük nə az, nə də çox düz  1 milyon funt sterlinq (2 273 500 AZN)  pul udublar. 

Qeyd olunur ki, bu onların ilk sevinci deyil.  Cütlük ilk dəfə 2018-ci ildə lotereyadan 1 milyon funt sterlinq qazanıb. İkinci böyük uduş bu dəfə üç pulsuz bilet vasitəsilə gəlib. Belə ki, onlar ardıcıl olaraq bilet qazancını “Lucky Dip” rejimində təmin edərək sonunda yenidən qalib olublar. 

Mütəxəssislər belə hadisənin ehtimalını təxminən 24 trilyonda 1 kimi qiymətləndirirlər.   

Onlar 57 milyon lirəlik lotereyanı ikinci dəfə qazandılar: Bu, fırıldaqçılıq kimidir!

Cütlük deyir ki, hər şeyə inanmaq vacibdir və onlar bu şansı “hər şeyin mümkün olduğunu göstərən” bir nümunə kimi qiymətləndirirlər.   

Gülayə Mecid 

Seçilən
118
1
unikal.az

2Mənbələr