ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
İngiltərə premyer-liqasının 16-cı turunun “Liverpul” - “Brayton” matçında mövsümün rekordu qeydə alınıb."Football-plus.az" xəbər verir ki, ev sahiblərinin hücumçusu Uqo Ekitike oyunun start fiti səsləndikdən 46 saniyə sonra rəqib qapısına qol vurub. BBC-nin məlumatına görə, bu, cari mövsümdə premyer-liqada vurulan ən erkən qol kimi qeydə alınıb.Qeyd edək ki, bu qol həm də mersisaydlıların uğursuzluq seriyasına son qoyub. Belə ki, komanda noyabrın 1-dən sonra ölkə çempionatı matçlarının ilk hissəsində qol vura bilməmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.