AZ

Spiker: Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur

"Dünən Avropa Parlamentində Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.

"Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə etinasız münasibətini əks etdirir. Biz bu kimi cəhdlərə səssiz qala bilmərik. Bizim dövlət ikili standartlara yol verilməyən bütün əməkdaşlıqlara açıqdır. Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur. Azərbaycan bu kimi qərəzli addımları bundan sonra da qətiyyətlə cavablandıracaq", - sədr qeyd edib.

Spiker əlavə edib ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib:

"Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır".

Seçilən
16
2
operativmm.az

3Mənbələr