AZ

Bu kateqoriyalardan olan şəxslər amnistiyaya düşəcəklər — RƏSMİ/TAM SİYAHI

Bakı. Trend:

Amnistiya tətbiq edilən şəxslərin əhatə dairəsimüəyyənləşib.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Konstitusiya və Suverenlik İli" münasibətiləamnistiya elan edilməsi haqqında" Milli Məclisinin Qərarlayihəsində öz əksini tapıb.

Qərar layihəsinə əsasən, təyin edilmiş cəzanınmüddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətəazadlıqdan məhrum etmə cəzasından azadediləcəklər:

  • Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyününqorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətənmüharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmişantiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə buəməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərinyaxın qohumları;
  • Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyününqorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətənmüharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmişantiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusixidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilətəltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydadaorden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
  • bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsidövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbitəxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuşşəxslərin yaxın qohumları;
  • Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və yaxəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
  • 1948-1953-cü və 1987-1991-ci illərdə etnik təmizləmə,terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandandeportasiya olunmuş şəxslər;
  • 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsininErmənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarındanməcburi köçkün düşmüş şəxslər;
  • 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyənedilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları;
  • Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin SilahlıQüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və yasülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həminvəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və yaxəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
  • İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdəiştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin SilahlıQüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericilikləmüəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçininbu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərinyaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilətəltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydadaorden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
  • keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradansəlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər vəonların yaxın qohumları;
  • Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslərvə onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdənəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);
  • qadınlar;
  • cinayət törədərkən 18 yaşına çatmamış şəxslər;
  • bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;
  • bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;
  • öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxudorqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyimüəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyəmindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu vəhimayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyənolunmuş şəxslər.

Yuxarıda nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakıməhkumlar da cəzadan azad ediləcəklər:

  • yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinəgörə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişşəxslər;
  • böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görəmüəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişşəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkumolunmuş şəxslər;
  • ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıqolmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşşəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmişmüəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyəmindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayanşəxslər;
  • ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıqolmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşşəxslərdən başqa, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyinedilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərarqüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayanşəxslər;
  • intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkumedilmiş şəxslər;
  • azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişşəxslər;
  • hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişşəxslər;
  • islah işləri cəzasına məhkum edilmiş şəxslər;
  • ictimai işlər cəzasına məhkum edilmiş şəxslər;
  • əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmişşəxslər;
  • böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görəəsas və ya əlavə cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər,habelə əsas və ya əlavə cəza kimi üç min manatdan artıq olmayanmiqdarda cərimə cəzasına məhkum edilmiş və ya bu Qərarın tetbiqedildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdanartıq olmayan şəxslər;
  • böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəttörətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkumedilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azadedilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmışşəxslər;
  • azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkumedilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azadedilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmışşəxslər.

Yuxarıda nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakıməhkumların cəzası 6 ay azaldılacaq:

  • az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətəazadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədəkçəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;
  • ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərarqüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olanşəxslər.

Bu Qərar amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmişhökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyəminmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərtiməhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraqvaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyigünədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyəminmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiqediləcək. Bu Qərara əsasən amnistiya tətbiq edilməsi ittihamhökmlərinin və ya digər qərarların qanuniliyinin, əsaslılığının vəya ədalətliliyinin yuxarı instansiya məhkəmələrindəmübahisələndirilməsinə mane olmayacaq.

Bu Qərar Azərbaycan Respublikasında tanınan xaricidövlətlərin məhkəmələrinin hökmləri ilə məhkum edilmiş və cəzasınıAzərbaycan Respublikasında çəkən şəxslərə də şamilediləcək.

Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların vəhərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətəçağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmişqaydada həll ediləcək.

Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilənvərəm xəstəliyinə tutulmuş şəxslərqanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayışyeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınacaqvə müalicələrini davam etdirəcəklər.

Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbixarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsindəamnistiya tətbiq edilməsinə dair materiallara 4 ay müddətindəbaxılmalı, psixiatriya stasionarlarında məcburi müalicətəyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isəməhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicələğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriyamüşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həlledilməli, məcburi ambulatoriya müşahidəsi və psixiatrmüalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraqcəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmişqaydada 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibbmüəssisələrində qeydiyyata alınmalı və müalicələri davametdirilməlidir.

Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasınınmüddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkənonların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərəalınmaqla hesablanacaq.

Bu Qərara əsasən barələrində amnistiya tətbiq olunaraqcəza çəkməkdən azad edilən şəxslərin sosialadaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçünzəruri tədbirlər görülməlidir.

Amnistiya tətbiq edən orqanlar bu Qərar qüvvəyə mindiyi gündəndörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.

Qərar layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.

Seçilən
43
46
az.trend.az

10Mənbələr