AZ

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul etdi


Milli Məclisin bu gün keçirilən iclasında dünən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Bəyanat müzakirəyə çıxarılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Bəyanatı deputat Şahin İsmayılov oxuyub.
Milli Məclisin Bəyanatı səsverməyə çıxarılaraq qəbul edilib.
Bəyanatda deyilir:
“Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qətnaməsini şiddətlə qınayır və qəti etirazını bildirir. Bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə müdaxilə üçün göstərilən növbəti cəhddir. Avropa Parlamenti insan hüquqları kimi önəmli mövzudan öz təxribatçı niyyətləri üçün istifadəyə davam edir. Torpaqlarımızın işğal altında qalmasına, 1 milyona qaçqın və məcburi köçkünün hüquqlarına daim etinasız qalmış Avropa Parlamenti Azərbaycan əleyhinə 10-dan artıq rüsvayçı bəyanat qəbul edib.
Avropa Parlamentində qətnamələr konkret maraq qrupları tərəfindən qəbul edilir. Bu, Avropa Parlamentinin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir. Qəbul edilən qətnamə Avropa Parlamentinin əsl mahiyyətini, real niyyətini ifşa edir. Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən faktlar ifşası olunub.
Avropa Parlamenti islamafob və türkəfob meyllərin aşkar hiss olunduğu platformaya çevrilib. Avropa Parlamentinin bu qətnaməsi genişmiqyaslı planın tərkib hissəsidir.
Seçilən
65
18
yeniavaz.com

7Mənbələr