AZ

Ukrayna sülh müqaviləsi imzalamağa hazırlaşır?

Ali Radanın hakim “Xalqın Xidmətçisi” fraksiyasının lideri David Araxamiya bildirib ki, Ukrayna ya pis sülh müqaviləsi imzalamaq, ya da müharibəni davam etdirməklə qarşı-qarşıyadır. 

“Cebheinfo.az”-ın məlumatına görə, Araxamiya Kiyevdə keçirilən “2026-cı il öncəsi Ukrayna və sülh” adlı tədbirdə belə deyib.

Araxamiya hesab edir ki, ABŞ-ın hazırkı təzyiqi altında sülh razılaşmasına nail olmaq şansı var. Lakin amerikalılar olmadan heç bir şans olmayacaq, yalnız problemin hərbi həlli olacaq.

Onun sözlərinə görə, iki ağrılı məqam qalır -Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Rusiyanın bütün Donbası təhvil vermək tələbi. “Burada qırmızı xəttimiz var. Donbasımızı təhvil verə bilmərik”, - Araxamiya belə deyib.

O əlavə edib ki, Qərb ölkələrinin Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri vermək təklifini zəif hesab edir. Çünki hərbi təcavüz halında NATO ölkələri 72 saat ərzində görüşməli və məsləhətləşmələr aparmalıdırlar.

“Üzr istəyirəm, amma 24 fevralda, 72 saat ərzində ölkəni az qala itirirdik. Biz bundan məmnun deyilik. Yəni konkret məqamlar olmalıdır: silahlar nə qədərdir, hansı silahlardır, ordumuz nə qədərdir, necə maliyyələşdirilir, belə demək mümkünsə,  hansı mühafizə paketlərimiz var - raketlər və sair”, - deyə Araxamiya əlavə edib.

Avropanın rəhbərlik etdiyi çoxmillətli qüvvələr isə havada, dənizdə təhlükəsizliyi təmin edəcək və ehtimal ki, Ukrayna daxilində əməliyyatlar aparacaq.

ABŞ bu həftənin sonuna qədər, yəni 21 dekabra qədər həm Ukrayna, həm də Rusiya ilə ayrıca danışıqları davam etdirməyi planlaşdırır.

Seçilən
108
cebheinfo.az

1Mənbələr