Dekabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 23 442 vətəndaş müraciəti daxil olub.
Bu barədə “Cebheinfo.az”-a Elm və Təhsil Nazirliyindən məlumat daxil olub.
Müraciətlərin 14 283-ü çağrı mərkəzləri, 5 303-ü elektron, 1070-i isə yazılı formada yönləndirilib.
Həmçinin vətəndaş qəbulu zamanı 2 786 müraciət qeydə alınıb.
Müraciətlər olimpiada və müsabiqələr, eksternat imtahanı, qrant layihələri və digər məsələlərlə bağlı olub.