AZ

Türkiyədə 170 İŞİD şübhəlisi saxlanıldı

Türkiyə polisi iki həftə ərzində İŞİD terror qruplaşması ilə əlaqədə olan 170 şübhəlini saxlayıb.

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

"İŞİD əleyhinə əməliyyat nəticəsində 32 əyalətdə terror qruplaşmasına maliyyə dəstəyi verdiyinə və onun daxilində keçmiş fəaliyyətlərinə görə 170 şübhəli saxlanılıb", - deyə nazir sosial media hesabında yazıb.

Onun sözlərinə görə, həbslər İstanbul, Ankara və digər əyalətlərdə baş verib. Şübhəlilərdən 10 nəfər həbs edilib, digərləri ilə bağlı araşdırmalar davam edir.

Həmidə İbrahimova

Seçilən
52
olke.az

1Mənbələr