AZ

Hər kəs səhv edə bilər, amma vacib olan düzgün yola qayıtmaqdır Razi Nurullayev

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bu gün müzakirə etdiyimiz məsələ hüquqi deyil, insan haqları ilə bağlıdır. Prezidentin amnistiya təşəbbüsü Azərbaycan dövlətçiliyinin güclü ədalət anlayışını göstərir. Amnistiya gücün göstəricisidir. Güclü dövlət insanları qazanmağa çalışır. Bu amnistiya, hüquqi problemləri olan insanlara yönəlib". 

Redaktor.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə Amnistiya aktının müzakirəsində bildirdi.

Onun sözlərinə görə, veteranlar, şəhid ailələri və müharibə iştirakçıları cəmiyyətdən dəstək alır:

"Bu insanlar dövlətini müdafiə edib. Onların hüquqları qorunmalıdır. Ailələrə dəstək verilməlidir. Hər kəs səhv edə bilər, amma vacib olan düzgün yola qayıtmaqdır. 

Azərbaycanın mərhəmət siyasəti və sosial ədalət anlayışı davam edəcək. Prezidentin təşəbbüsünü dəstəkləyirəm. Bu, müxalifət və jurnalistləri də əhatə edir. Azərbaycan dövləti unutmur və barışa çalışır".

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
redaktor.az

2Mənbələr